• 6-7 orta böyüklükdə kartof,
  • 1 kiçik çay stəkanı qatıq,
  • 1 kiçik çay stəkanı  süd,
  • 1 kiçik çay stəkanı duru yağ,
  • 2 yemək  qaşığı un,
  • 1/2 su stəkanı  lor,
  • 1 çay qaşığının ucunda istiot,
  • 1 yemək qaşığı kərə yağı,
  • Pul bibər,
  • Duz,

Hazırlanma qaydası :

  • Kartofları soyub halqa -halqa doğrayın.
  • Dilimlər nə çox qalın , nə də incə olsun.
  • Duru yağın yarsını kartofların üzərinə gəzdirin, istiot, pul bibər, bir az duz əlavə edin.
  • Bütün ərzaqları əl ilə bir-birinə qarışdırn.
  • Bir soba  sinisinə  kartofları səliqə ilə düzün.
  • Loru da kartofların üzərinə yayın.
  • Loru elə seçin ki, çox sərt olmasın asan əriyə bilsin.
  • Kartofların  və lorun arasına kərə yağını  doğrayıb əlavə edin.
  • Qalan duru yağı, qatığı, südü,iki qaşıq unu  qataraq horra halına gələnə qədər çırpın.
  • Lorun duzunu da nəzərə alaraq bir azca duz əlavə edin.
  • Hazırladığınız sosu kartofların üzərinə gəzdirin.
  • Hazırladığınız yeməyi sobada  üzəri qızarana qədər bişirin.
  • Kartofların alt hissəsinin də bişməsinə diqqət edin.
  • Hazır börəyi isti-isti dilimləyərək servis edin.

Nuş olsun!