peynirli kurubasan
Lazım olanlar:

  • 1 stəkan süd,
  • 1 stəkan duru yağ,
  • 1 su stəkanı ilıq su,
  • 1 paket yaş maya,
  • 1 yumurta ağı,
  • sarısı üzəri üçün.
  • 1 stəkan şəkər tozu,
  • 1 azca duz,
  • Yetərincə un,

Arası üçün:

  • 100 q marqarın,

Içi üçün:

  • 1 kasa pendir,

Hazırlanması:

  • Xəmir yoğurma qabına maya və ilıq suyu alıb mayanı əridin.
  • Daha sonra yumurta sarısını ayırıb ağını yoğurma qabına qoyun.
  • Digər ərzaqları da sırasıyla əlavə edib yavaş-yavaş un qoyub qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
  • Xəmiri bir saat mayalanmaya qoyun.
  • Daha sonra xəmirdən28 kündə ayır.
  • Hər bir kündəni unlayaraq vərdənə vasitəsi ilə sini içi böyüklüyündə açın.
  • Daha sonra aralarına yumşaq marqarin sürtərək 7 qat üst-üstə qoyub alt və üstdəki xəmirin kənarlarını birləşdirib barmağınızla sıxıb yapışdırın.
  • Bunun səbəbi xəmiri yayarkən marqarin kənara axmasın.
  • Daha sonra xəmirin altını və üstünü ünlayıb vərdənə ilə 1 sm qalınlığında bükün və üçbucaq dilimləri halında kəsin.
  • Geniş yerlərinə bir şirniyyat qaşığı pendir qoyub üçbucaqlarımızı rulon halında bükün.
  • Yağlanmış fırın tabağına yığın.
  • Eyni işi xəmirlər bitənə qədər davam edin.
  • Xəmirlərin üzərinə yumurta  sarısı sürtərək çörək otu səpin.
  • 10 dəqiqə sinidə dincə qoyun.
  • Əvvəlcədən200 dərəcə  qızdırılmış fırında üzərləri qızarana qədər bişirib fırından çıxardın.
  • Üzərinə təmiz bez səpib soyumağa qoyun.