Yazdırma Seçimləri:

Pendirli Samosa

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt15 dəq

Pendirli samosa hazırlamaq istəyirsiniz? Pendirli samosa çox asand və tez hazırlananan bir yeməkdir. Pendirli samosa həm də çox bərəkətlidir. Yağda qızardılan bu samosaları çayla birlkdə naharda verə bilərsiniz. Üç ərzaqla rahat bir yeyəcək reseptini sizlərə təqdim edirik. Heç vaxt itirmədən samosa bişirməyə başlayın. sizlərə nuş olsun!

samosa

👉Pendirli Samosa Üçün Lazım Olan Ərzaqlar
 Millidad sac lavaşı
 lazım olacaq qədər holland pendiri
👉Pendirli Samosanı Qızartmaq Üçün
 Lazım olacaq qədər duru yağ
👉Pendirli Samosa Üçün Ərzaqların Yığılması
1

✅ Pendirli samosa üçün istifadə edəcəyiniz Milli dad lavaşını torbasndan çıxardın.
✅ Lazım olacaq qədər holland pendirini kasaya alın.
✅ Pendirli samosanı qızartmaq üçün istifadə edəcəyiniz yağı tavaya alın.

👉Pendirli Samosanın Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Pendirli samosa üçün istifadə edəcəyiniz Milli dad lavaşlarını nazik kəsin.
✅ Pendirli samosa hazırlamaq üçün lazım olan Holland pendirini üçkünc formasında doğrayın.

👉Pendirli Samosanın Bükülmə Qaydası
3

✅ Doğradığınız lavaş parçasını dəzgah üzərinə açın.
✅ Doğradığınız holland pendirini lavaşın üzərinə qoyaraq üçkünc formasında bükün.
✅ Açılmaması üçün lavaşın ucuna yumurta ağı və ya su vuraraq bərkidin.

👉Pendirli Samosanın Bişirmə Qaydası
4

pendirli samosa

✅ Samosa bişirmək üçün əvəlcə ocağı yandırın.
✅ Samosa biçirəcəyiniz tavanı ocağın üzərinə alın.
✅ Bu tavaya duru yağı qoyub qızdırın.
✅ Yağı yaxşı qızdıqdan sonra hazırladığınız samsodan yağın içərisində qızardın.
✅ Pendirli samosanın hər iki üzünü qızardın.
✅ Pendirli samosalar qızarandan sonra tavadan çıxardın və bir dəsmal üzərinə yığın ki, artıq yağını çəksin.

👉Pendirli Samosanın Servis Edilmə Qaydası
5

✅ Arzunuza görə bəzəyərək servis edə bilərsiniz. Çox soyutmadan servis edin.

Nuş Olsun!