Yazdırma Seçimləri:

Pendirli tart

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 10 dəq

pendirli-tart

Lazım olan ərzaqlar
 2 stəkan un
 1 stəkan süd
 1 ədəd yumurta
 ½ stəkan zeytun yağı
 duz
 1 çay qayığı quru maya
 1 çay qayığı şəkər tozu
Pendirli tartın içi üçün
 400 q duzsuz lor pendiri
 1 stəkan holland pendiri rəndəsi
 1 stəkan pendir
 4 ədəd yumurta(birinin sarısı üzərinə çəkiləcək)
 ½ dəstə cəfəri
 ½ dəstə şüyüd
 duz
 istiot
 istəyə görə qırmızı bibər
Hazırlanma qaydası
1

Xəmir üçün lazım olan ərzaqları bir qabda qataraq çox da yumşaq olmayan(qulaq ucu təki) bir xəmir yoğurun.
Xəmirin üzərini örtüb mayalanmağa qoyun.
Xəmir mayalandığı zaman ərzində içliyini hazırlayın.
Pendiri, cəfərini, ədviyyatları qarışdırın.
Yumurtaları içliyi xəmirin üzərinə yaymadan əvvəl qırın ki, sulanmasın.
Yumurtaların bir dənəsinin sarısını ayrıca qoyun ki, tartın üzərinə sürtəsiniz.
Xəmiri vərdənə ilə yarım sm qalınlığında yayın və 28 sm ölçüsündə olan tort qəlibinə yayın.
Qabın kənarlarında qalan artıq xəmiri vərdənə ilə basdıraraq kəsin.
Üzərini çəngəllə müəyyən aralıqlarla deşin ki, çox qabarmasın.
Yumurtaları qırıb qarışdırdığınız iç xərcini qəlibdəki xəmirin üzərinə yayın.
Artıq qalan xəmirləri isə kiçik ölçülü qəliblərlə yarpaq şəklində kəsib tartın üzərinə müəyyən aralıqlarla düzün.
Tartın üzərinə düzdüyünüz yarpaqları və tartın qalan hissələrinə hazırladığınız yumurta sarısını vurun.
Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
Hazırladığınız tartı əvvəlcədən qızdırdığınız sobada üzəri nar kimi qızarana qədər bişirin.
Tartın üzəri qızarandan sonra sobadan çıxardın.
Tartı sobadan çıxardaraq 20 dəqiqəyə yaxın dincə qoyun.
Artıq tartınız hazırdır .
Tartınızı isti-isti servis edin.

Nuş olsun!