peynirli tava b[reyiLazım olanlar:

  • 5 ədəd ev yuxası,
  • 1 quru soğan,
  • 1 kasa pendir,

Qızartmaq üçün

  • duru yağ,

Hazırlanması:

  • Ev yuxalarını soyuq suyun  altında tutub hər tərəfini isladıb təmiz bezin üzərinə düzün.
  • Soğanı incə-incə doğrayıb pendirə qarışdırın.
  • Tavaya duru yağ töküb qızdırın.
  • Yuxaları tavaya sərin və içinə hazırladığınız içdən qoyun.
  • Üzərinə bir yuxa sərib alt hissəsini qızardın.
  • Servis tabağının yardımı ilə çevirib o biri tərəfini qızardın.
  • Üstə yenidən iç xərcindən səpin və üzərinə bir yuxa yenidən örtün.
  • Altı qızarınca yenidən təkrar çevirin və bir yuxa daha sərib qızardın.
  • Yuxalar bitənə qədər davam edin.
  • Sonra servis tabağına  alın , doğrayıb servis edin.