Pendirli kiş
Fırında bişdikcə qabaran və rəng alan qaymaqlı içliyə biz bu gün pendir çeşidləri, təzə tərəvəzlər və ədviyyatlar əlavə edərək bişirməyi qərara aldıq.
1001 dad saytı bu ləzzətli yeməyi sizlərlə paylaşmaqdan məmnun olur və tərifi sizlərlə paylaşmağı özünə borc bilir.
Bu yeməyi sevdiklərinizlə birgə hazırlamağı və birlikdə nuş etməyinizi arzu edirik!
45 dəqiqəyə hazırlanır.
40 dəqiqəyə bişir.
Lazım olan ərzaqlar:
-
2 yumurta,
-
75 q. kərə yağı,
-
2 su stəkanı un,
-
1/2 çay qaşığı duz,
-
2 yemək qaşığı buzlu su
İçi üçün:
-
200 ml.qaymaq,
-
3 yumurta,
-
1/4 dəstə cəfəri,
-
200 q. lor pendiri,
-
1 su stəkanı rəndələnmiş holland pendiri,
-
1/2 çay kaşığı duz,
-
1/2 çay qaşığı təzə çəkilmiş istiot,
-
1/4 çay qaşığı sarımsaq ,
-
1 şirniyyat qaşığı qurudulmuş nanə,
Diqqət:
- Xəmir hazırlayacağınız kərə yağı, su, yumurta, hətta unun özü belə olduqca soyuq olmağına diqqət edin.
- Kərə yağının sürətli bir şəkildə əriməməsi üçün xəmiri əlinizlə yoğurmaq yerinə profesyonal bir xəmir yoğuran maşnadan, ya da mətbəx robotundan istifadə edin.
- Yağlı bir xəmir olduğu üçün tart qəlibini yağlamayın.
Bişirmə zamanı diqqətli olmalısınız?
- İçlik hazırlamaq üçün arzu etdiyiniz ədviyyat və tərəvəzləri qataraq istifadə etmək istəsəniz içərisinə quru soğan, kök, rəngli bibərlər və s. kimi tərəvəzləri rəndədən keçirdərək kərə yağında qızardıb sonra içinə qata bilərsiniz.
- Kış xəmirini eyni səviyyədə qızarması üçün iç xərcini əlavə etməzdən əvvəl xəmirin üzərinə ağırlıq salacaq olan noxud, lobya və ya düyü yayaraq bişirməyiniz lazımdır.
- Ancaq bu işləmi yerinə yetirmək sizin üçün çətin olacaq deyə düşünürsünüzsə o zaman xəmiri çəngəllə bir neçə yerindən deşib bişirin.
Hazırlanma qaydası:
- Kiş xəmirini hazırlamaq üçün; soyuq kərə yağını kub şəklində kəstikdən sonra mətbəx robortuna alın.
- Yumurta, ələnmiş un və duz əlavə etdiyiniz xəmiri mətbəx robortundan istifadə edib qarışdırın.
- Toparlanmaya başlayan xəmirə damcı damcı buzlu su əlavə edərək topaclanmayan bir xəmir əldə edənə qədər qarışdırmağa davam edin.
- Hazırladığınız xəmiri streç filmlə sarıdıqdan sonra soyuducuda 30 dəqiqə saxlayın.
- Soyuducuda saxlanan və soyuq vəziyyətdə olan xəmiri bir vərdənə yardımıyla istifadə edə biləcəyiniz tart qəlibi böyüklüyündən bir az daha böyük olacaq şəkildə açın.
- Əlinizin istisi ilə yağını salmaması üçün olabidikcə az müdaxilə edərək açdığınız kiş xəmirini , tart kəlibinə yayın.
- Tart qəlibinin böyüklüyünə görə kənarda qalan xəmir parçalarını bir bıçağın arxa hissəsi ilə kəsərək təmizləyin.
- Kişin bərabər ölçüdə bişməsi və qabarması üçün dincə qoyduğunuz xəmirin üzərini tart qəlibi böyüklüyündə kəstdyiniz yağlı kağız ilə qapadın.
- Ağırlıq yapması üçün orta hissəsinə quru noxud , düyü yerləşdirin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 15 dəqiqə bu şəkildə bişirin.
Kişin içliyi üçün:
Cəfərini incə-incə doğrayın.
Yumurtaları, duz, təzə çəkilmiş istiot, sarımsaq və qurutulmuş nanə əlavə edərək dərin bir kasada çırpın.
Sırasıyla:
lor pendiri, rəndələnmiş holland pendiri, qaymaq və incə doğranmış cəfəri əlavə edərək çırpıcı yardımı ilə çırpın.
Fırından aldığınız, 15 dəqiqə qədər bişən kiş xəmirinin üzərinə qoyduğunuz ərzaqları götürün.
Hazırladığınız iç xərcini hazır xəmirin üzərinə yayın.
Pendirli və otlu və otlu kişi, əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 25 dəqiqə bişirin.
- Üzəri qızaran və iç xərci köbərib qalxan kışı fırından çıxartdıqdan sonra 10 dəqiqə dincə qoyun. Dilimlədikdən sonra servis edin.
Nuş olsun!
Leave a Reply