Pişi küftəsi
Pişi küftəsi
Lazım olan ərzaqlar:
- 1 kq orta yağlı dana ətindən qiymə,
- 1 su stəkanı un,
- 2 çay qaşığı duz,
- 1 çay qaşığı istiot,
Qızartmaq üçün:
- duru yağ
Hazırlanma qaydası:
- Qiyməni duz ilə yaxşıca yoğurun.
- İstiotu və duzu da əlavə edərək yenidən yoğurun.
- Kəsmə taxtasının üzərinə un səpib yoğurduğunuz köftəni düz bir daş və yaxud da stəkan altı ilə yenidən döyün.
- Döydüyünüz qiymə əlinizə yapışmayacaq hala gəlincəyə qədər döyməyə davam edin.
- Döydüyünüz köftədən ovuc içi böyüklüyündə parça alın və ovuc içi böyüklüyündə köftəni un səpdiyiniz kəsmə taxtasının üzərinə qoyun.
- Küftələri döyərək böyüdün və bol yağda qızardın.
- Yanına pomidor və bibər qızardaraq isti halda servis edin.
- Nuş olsun!
Leave a Reply