
Lazım olanlar:
- 1 stəkan süd,
- 1 kasa çəyirdəksiz zeytun,
- 1 kasa dilimlənmiş göbələk,
- 1 kasa soyulub doğranmış pomidor,
- 2 dənə incə doğranmış yaşıl bibər,
- 1 dənə doğranmış qırmızı bibər,
- 1 kasa doğranmış holland pendiri,
- 1 kasa kiçik doğranmış sucuk.
Hazırlanma qaydası:
- Yumurta, duru yağ və südü qarışdırın.
- Yuxaları yayaraq hazırlanan qarışığı yuxanın üzərinə sürtün.
- Ikiyə qatlayıb yenidən hazırladığınız qarışıqdan sürtün.
- Pizza ərzaqlarını içinə yayın.
- Yavaşca rulon kimi bükün.
- Bıçaqla 2 barmaq qalınlığında kəsin.
- Yağlanmış siniyə kəsik hissəsi üstə düşmək şərti ilə düzün.
- O biri yuxaları da eyni şəkildə hazırlayın .
- Qalan duru qarışığı rulonların kənarına sürtün.
- Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
- İsti halda servis edin.
- Ayrıca ,arzuya görə holland pendirini içərisinə yox, bişənə yaxın üzərinə də tökə bilərsiniz.
Leave a Reply