Yazdırma Seçimləri:

Pizza börəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

pizza börəyi

Hazırlanma qaydası
1

Yumurta, duru yağ və südü qarışdırın.
Yuxaları yayaraq hazırlanan qarışığı yuxanın üzərinə sürtün.
Ikiyə qatlayıb yenidən hazırladığınız qarışıqdan sürtün.
Pizza ərzaqlarını içinə yayın.
Yavaşca rulon kimi bükün.
Bıçaqla 2 barmaq qalınlığında kəsin.
Yağlanmış siniyə kəsik hissəsi üstə düşmək şərti ilə düzün.
O biri yuxaları da eyni şəkildə hazırlayın .
Qalan duru qarışığı rulonların kənarına sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.
İsti halda servis edin.
Ayrıca ,arzuya görə holland pendirini içərisinə yox, bişənə yaxın üzərinə də tökə bilərsiniz.

Nuş olsun!