Pomidor sosu
2 böyük banka,
45 dəqiqəyə hazırlanır,
45 dəqiqəyə bişir.
Pomidor sosu üçün lazım olan ərzaqlar:
-
2 kq ətli pomidor,
-
5 yemək qaşığı zeytun yağı,
-
6 diş sarımsaq,
-
2 yarpaq bibəriyyə,
-
1 budaq fəsləyən,
-
1 yemək qaşığı üzüm sirkəsi,
-
1 çay qaşığı toz şəkər,
-
1 şirniyyat qaşığı duz,
-
1/2 şirniyyat qaşığı təzə çəkilmiş istiot
Pomidor sosu necə hazırlanır?
- Bol suda yuyub quruladığınız pomidorların qabıqlarını soyun.
- Küp şəklində doğrayın.
- Qabığınu soyduğunuz sarımsaqları kiçik parçalar halında doğrayın.
- Küp şəklində doğradığınız pomidorlar həddindən çox suludursa onları bir az süzgəcdə saxlayın .
- Pomidor suyu olaraq fərqli yeməklərdə istifadə etmək üçün bir kənara alın.
- Zeytun yağını dərin bir qazanda qızdırın.
- Bibəriyyə yarpaqlarını qızgın yağda bir iki dəfə çevirib aromasının çıxmasını təmin edin.
- Doğranmış sarımsaqları qatıb 1 dəqiqə qədər qovurun.
- Doğranmış pomidorları və duzu əlavə edin.
- Ara- sıra taxta bir qaşıqla qarışdıraraq 30-35 dəqiqə qədər qaynadın.
- Bibəriyyə yarpaqlarını sosun içindən çıxardın.
- Hazırladığınız sos qarışımını blender ya da mətbəx robotundan keçirib pürə halına gətirin.
- Pürə halına gələn sosu yenidən qazana alın.
- Arıtlamış olduğunuz təzə fəsləyən yarpaqları, üzüm sirkəsi, toz şəkər və təzə çəkilmiş istiotu əlavəsiylə vam atəşdə 10 dəqiqə qədər bişirin.
- Duz miqdarına nəzarət edin.
- Arzuya görə duzunu əlavə edin.
- Qaynama əsnasında üzə çıxan köpükləri diqqətli bir şəkildə alın.
- Ədviyyatlı dadlardan xoşlanarsanızsa sos qarışımına qaynama əsnasında az miqdarda ada çayı yarpaqları da əlavə edə bilərsiniz.
- 1 ədəd kəsmə şəkər əlavə edərək sosunuzu ləzzətləndirə bilərsiniz.
- Bu aşamada ilk dəfə bu işləm üçün istifadə edəcəyiniz təmiz bankaları metal qapaqlarını qaynar su dolu qazanda qısa bir zaman əezində qaynadın.
- Ocaqdan aldığınız sosu isti-isti bankalara doldurun.
- Ağız hissələrinə sos bulaşdısa təmizləyin.
- Qaynatdığınız qapaqları silib bankaların ağzını qapadın.
- Sos bankalarını düz bir yerə tərs çevirib bir gecə boyunca bu şəkildə saxlayın.
- Hazır vəziyyətdə olan pomidor sosunu soyuducuda ya da qaranlıq sərin bir yerdə muhafizə edin.
- İncə doğranmış fəsləyən əlavə edərək servis edə bilərsiniz.
Leave a Reply