Yazdırma Seçimləri:

Qadınbudu kotlet

Verimlilik4 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Lazım olan ərzaqlar
 1 stəkan suda qaynadılmış düyü
 500 q qiymə
 1 ədəd quru baş soğan
 3 yemək qaşığı maye yağ
 ½ dəstə cəfəri
 3 yemək qaşığı suxari
 1 ədəd yumurta
 1 çimdik qara istiot (çəkilmiş)
 2 yemək qaşığı su
 5 yemək qaşığı un
Hazırlanma qaydası
1

Soğanı soyun və incə şəkildə doğrayıb rəndədən keçirdin.
Kiçik bir tavada 2 qaşıq yağı isidib buraya soğan əlavə edin və soğan yumşalana qədər qovurun
Qiymənin yarısını soğana əlavə edin.
Bir az da duz əlavə edin.
Qiymə bişənə qədər qovurmağa davam edin.
Tavanı kənara alıb soyumasını gözləyin.
Qalan qiyməni bir qaba qoyun və içərisinə yumurta qırın.
Buraya sonra qovrulmuş qiyməni və suxarını əlavə edin.
Kiçik - kiçik doğranmış cəfəri, duz və istiotu da əlavə edib yoğurun.
Qızartma tavasına maye yağ əlavə edin və isidin.
Bir tabağa un əlavə edin.
Başqa bir tabaqda da yumurtanı 2 qaşıq su ilə çırpın.
Qiymə qarışığından yumurta böyüklüyündə parçalar götürün, ovcunuzda şəkilləndirin, bir az yastı formada hazırladıqdan sonra əvvəlcə una, sonra isə yumurtaya bundan sonra yenidən una bulayıb qızartma yağı olan tavaya yerləşdirin.
Qadınbudu kotletin hər iki tərəfini bişməsi üçün tez-tez çevirin.
Tam bişən kotleti yağını çəkməsi üçün kağız dəsmal üzərinə qoyun.
Hazır olan kotleti süfrəyə isti olaraq servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4