Yazdırma Seçimləri:

Qarğıdalı konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Qarğıdalı konservi

Lazım olan ərzaqlar
 qarğıdalı
 duz
 şəkər
 qaynar su
Hazırlama qaydası
1

Qarğıdalını yarpaq və saçaqlarından təmizləyin.
Qarğıdalı sütüllərini qazana qoyun.
Üzərinə qarğıdalı yarpaqlarından yerləşdirin.
Qarğıdalının üzərinə qədər su ilə doldurulub ocağa alın.
Qaynayan sütülləri 20-25 dəqiqə qədər bişirib , ocağın altını söndürün.
Qarğıdalı bir az soyuduqdan sonra qapağını açın və tamamilə soyuması üçün gözləyin.
Sütülləri soyuduqdan sonra qazandan çıxardaraq , əl ilə dənə- dənə qoparılaraq ayırn.
Dənələrə ayrılan sütülləri bir qazan içərisinə alın.
Üzərinə bişirmə suyundan tökün və duz əlavəsi ilə 4-5 dəqiqə qədər qaynadın.
Bu vaxt bir tərəfdən də ocağa su qoyub qaynadılaraq hazır edin.
Sütülləri ocaqdan alqdan sonra süzərək bankalara paylaşdırın.
Üzərilərinə çıxacaq şəkildə qaynar su əlavəsi ilə 1 çay qaşığı toz şəkər (yarım kiloqram banka üçün) əlavə olunaraq bankaların qapağını möhkəmcə bağlayın .
Daha sonra qabların qapağı alta düşəcək şəkildə soyumağa qoyun.
Hazırlanan qarğıdalı konservi bir gecə bu şəkildə saxlayın.
Ardından sərin bir yerə qaldırıb uzun müddət saxlayın.

Nuş olsun!