Lazım olan ərzaqlar:
- 4-5 stəkan Bismak un,
- 2 qaşıq maya,
- 1 qaşıq şəkər tozu,
- Xörək duzu,
- 1,5-2 stəkan ilıq su,
- 4 qaşıq Asnaf maye yağ,
- Pizzanın altına səpmək üçün Bismak unu,
Sosu üçün:
- 2 stəkan pomidor sosu,
- quru kəklikotu,
- 2 qaşıq Asnaf maye yağ,
- Duz,
- Bibər
Üzəri üçün:
- Gouda pendiri,
- Kolbasa.
- Göbələk,
- Zeytun.
Hazırlanma qaydası:
- Pizzanı hazırlamaq üçün əvvəlcə ərzaqları hazırlayın.
- Üzəri üçün lazım olan pendiri, kolbasanı,göbələk və zeytunu doğrayın.
- Pizzanın sosunu hazırlayın.
- Blenderə pomidor sosunu, bibəri, kəklikotunu , duz və duru yağı əlavə edərək qarışdırın.
- Artıq sosunuz da hazırdır.
- İndi isə pizzanın xəmirini hazırlayın.
- Bunun üçün Mətbəx kombaynına 4-5 stəkan Bismak ununu tökün.
- Sonra içərisinə mayanı, şəkər tozu, Asnaf duru yağını, lazım olan qədər duzu və ilıq suyu əlavə edərək çox da bərk olmayan bir xəmir hazırlayın.
- Xəmirin bir az gəlməsini gözləyin.
- Bu arada sobanı 200 dərəcəyə yaxın qızdırın.
- Mayalanan xəmiri vərdənə yardımı ilə açın.
- Əvvəlcədən qızdırdığınız sobada 10 dəqiqəyə yaxın bişirin.
- Sonra sobadan çıxardaraq üzərini hazırladığınız ərzaqlarla süsləyin.
- Əvvəlcə bişirdiyiniz yaymanın üzərinə hazırladığınız pomidor sosunu çəkin.
- Sonra rəndələnmiş Gouda pendirini səpin.
- Pendirin üzərinə doğradığınız göbələkləri əlavə edin.
- Gobələklərin üzərinə doğradığınız kolbasanı və zeytunu əlavə edin.
- Qarğadalı konservini də əlavə etdikdən sonra 200 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə yaxın bişirin.
- Pizza hazır olduqdan sonra dilimləyərək servis edin.
Nuş olsun!
To Top
Leave a Reply