Zeytun yağı, limon suyu, duz, sumaq və narşərab bir şüşə bankaya qoyulur.
Duz əriyib qarışana qədər qarışdırılır.
Dolmalıq bibər közlənir, qabığı soyulur.
Bundan sonra incə - incə doğranır.
Çeçil pendir liflərə ayrılır.
Göyərtilərin hamısı əvvəlcə təmiz yuyulur, sonra kiçik - kiçik doğranılır.
Pomidor və xiyar yuyulur və dilimlənir.
Bütün məhsullar qarışdırılır və servis edilir.