Qatıqlı dondurma

Ərzaqlar

Lazım olan ərzaqlar





Təlimatlar

Hazırlanma qaydası

• Qatıqlı dondurma üçün susuz qatıqdan istifadə etmək daha məqsədə uyğundur.
• Süzmədən və ya evdə hazırlanan qatıqdan da istifadə edə bilərsiniz.
• Şəkər istifadə etmək istəməyənlər istəyə görə bal və bəkməzdən də istifadə edə bilərlər.
• Dondurma hazırlamaq üçün əvvəlcə hansı qatıqdan istifadə edəcəyinizi müəyyənləşdirməniz lazımdır.
• Əgər istifadə edəcəyiniz qatıqda qaymaq varsa qaymağı çəngəllə möhkəm əzin və qatığın içərisində tamamən əriyib qarışmasına çalışın.
• Əvvəlcə qatığı bir az qarışdırın.
• Sonra qatığın içərisinə şəkəri(istəyə görə istifadə edəcəyiniz ərzağı), rəndələnmiş limon qabığını, limon suyunu da qataraq geniş bir qabda şəkər əriyənə qədər və bütün ərzaqlar tamamən qarışana qədər qarışdırın.
• Hazırladığınız qarışığı geniş bir kasaya qoyub soyuducuda 8-10 saat arası saxlayın.
• Soyuducudan çıxarılan dondurmanı kasalara paylaşdırıb üzərinə istəyə görə və zövqünüzə görə təzə meyvə, quru meyvə, ya da fındıq, qoz, üzüm çeşitlərindən bir neçəsi ilə bəzəyərək servis edin.
• Körpələrinizə dondurma verməzdən əvvəl dondurmanı otaq temperaturunda bir az saxlayıb sonra servis edə bilərsiniz.

Nuş olsun!