Yazan1001 dadKateqoriya, ÇətinlikNormal

Qatıqlı quzu əti

Verimlilik3 Porsiyon
Hazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Lazım olan ərzaqlar

Hazırlanma qaydası
1

• Qatıqlı quzu əti yeməyi hazırlamaq üçün qalın altlıqlı metal qazana ehtiyac var.
• Qazanın alt hissəsi incə olmamalıdır.
• Yeməyi hazırlamaq üçün əvvəlcə baş soğanlar soyulur, kiçik - kiçik doğranılır.
• Sarımsaqlar da həmçinin soyulur və doğranılır.
• Doğranılan sarımsaq və soğan qazana qoyulur.
• Soğan bol olmalıdır.
• Bundan sonra qazandakı sarımsaq və soğana duz və ədviyyatlar: əzilmiş qara istiot və sarıkök də əlavə edilir.
• Bütöv soğan və sarımsaq xoşlayırsınızsa, qatıqlı quzu əti yeməyinə doğranmış soğan və sarımsaqla yanaşı ortadan iki kəsilmiş bütöv soğan və sarımsaq da əlavə etmək olar.
• Bundan sonra ədviyyatlı soğanın üzərinə qatıq (və ya kefir) əlavə edilir.
• Qatığın da üzərindən çox az duz səpilir.
• Doğranmış qoyun qabırğa hissəsindən ət tikələri səliqə ilə qazana qatığın üzərindən düzülür.
• Quzu ətinin üzərindən isə doğranmamış bütöv bibər, iyli otlar, dəfnə yarpağı qoyulur.
• Bibərin doğranmadan bütöv qoyulması, bibər bişdikdən sonra ona özünə xas dad verir.
• Hazırlıqlar qurtardıqdan sonra qazanın qapağı örtülür və vam odda bişirilməyə başlanır.
• Yeməyi arada qarışdıraraq bişirmək lazımdır.
• Qarışdırılmadığı təqdirdə qatıqlı quzu əti yeməyinin alt hissəsi (ədviyyatlı soğan və sarımsaq) duzlu olar, digər hissələri (quzu əti) isə duzsuz qalar.

Qeyd!
2

Qatıqlı quzu əti yeməyini bişirərkən qapağın iç hissəsinə bir dəsmal və ya kağız dəsmal qoyun.
• Bu, suyu çəkəcək və yeməyin üzərinə su damcıldamayacaq.
• Diqqət etdinizsə, yeməyə yağ əlavə etmədik.
• Ancaq istəyə görə yağ əlavə etmək mümkündür.
• Qatıqlı quzu əti yeməyini bişirərkən, quzu əti yerinə toyuq əti də istifadə etmək olar.
• Bununla yanaşı əgər dadını xoşlamırsınızsa sarı kök (zərdəçal) istifadə etməyin.

NUŞ OLSUN!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar