4423_650x433qazanda keksQazanda keks

85 dəqiqəyə  hazırlanır.

4-6 nəfərlik,

Qazanda keks üçün lazım olan ərzaqlar:

  • 2 su stəkanı şəkər,
  • 6 ədət yumurta ,
  • 1 stəkan qatıq,
  • 1 stəkan maye yağ,
  •  2 paket qabartma tozu,
  •  2 paket vanilin,
  •  3 stəkan un,
  • 2 yemək qaşığı kakao,

Qazanı yağlamaq üçün:

  • marqarin,

Qazanda keks hazırlamaq  qaydası:

  • Şəkər və yumurtanı  krem qatılığına gəlincəyə  qədər çırpın, rəngi ağa yaxın olsun.
  • Sırasıyla maye yağı və südü əlavə edin.
  • Ayrı bir qabda unu ələyin.
  • Qabartma tozu, vanilini ələyərək qarışdırın.
  • Qaşıq- qaşıq yumurtaların olduğu qaba əlavə edilərək mikserlə qarışdırın.
  •  Çox qatı olmayan bir keks xəmiri olmalıdır.Qatılığı blincik xəmiri kimi olmalıdır.
  • Keks bişirəcəyiniz qazanı marqarinlə yaxşı-yaxşı yağlayın.
  • Orta hissəsini 2 qat qatlanmış aliminium folqa ilə möhkəm örtün.
  • Keks xəmirini   yavaşça  qazanın  hər yerinə eyni səviyyədə   tökün.
  • Dibində birazsaxlayıb içinə  kakao əlavə edib təkrar qarışdırın.
  • Keks qazanının üzərinə incə bir qat kakaolu xəmir tökün, sadəcə orta hissəsinə.
  • Qazanın qapağını hava keçirməyəcək dərəcədə bağlayın.
  • Heç bir yerdən içəri hava keçməməlidir.
  • Altına koyduğunuz  təbəqənin üzərinə kül tökün  , amma kül təbəqənin hər tərəfinə eyni səviyyədə yayılmalıdır.
  • Belə olsa keksimizin hər tərəfi eyni ölçüdə şüşəcəkdir.
  • Külü fırınlardan ala bilərsiniz.
  • Vam odda bişirin.
  • Ocağın ən zəif gözündə, uzun bir zaman  yavaş- yavaş bişirin.
  • Keks qazanının üzərindəki şüşə qapaqdan qabarmasına və bişməsinə baxa bilərsiniz.
  • Not:

  • Keks qazanınızın ölçüsü  28 sm ölçüsündə olduğunda ,   istifadə etdiyiniz ölçü stəkanı yerinə bir az böyük stəkan istifadə edə bilərsiniz, yəni iki su stəkanına yaxın bir stəkan.
  • İstifadə etdiyiniz qatıq çox qatı olarsa, 1 çay stəkanı süd əlavə edin
  • .Ölçü stəkanı böyük olduğu üçün qabartma tozunu da 2 paket edə bilərsiniz.
  • Keksin bişməsi üçün bir saat yarım, 2 saata yaxın vaxt getsədə nəticədə çox dadlı bir keksə yiyələnmiş olursunuz.
  • Bişməsinə  yarım saat qaldığı zaman   qapağının deşiklərini  azca  açın.