Yazdırma Seçimləri:

Qırmızı bibər sarması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqÜmumi Vaxt20 dəq

qırmızı bibər sarması

Lazım olanlar
 8 ədəd qırmızı bibər
 1 stəkan pendir
 2 yemək qaşığı döyülmüş qoz ləpəsi
  dəstə cəfəri
 Nanə
 qırmızı pul bibər
 sarma miqdarı qədər kürdan
Qırmızı bibər sarması hazırlanma qaydası
1

Qırmızı bibər sarması hazırlamaq üçün əvvəlcə bibərləri soba izqarasında közləyin.
Közlənmiş izqaralırı sobadan çıxardın və soyumasını gözləyin.
Soyuyan közlənmiş bibərlərin qabıqlarını soyun.
Sonra soyulmuş bibərləri uzununa iki parçaya bölün.
Bibərlərin çiyidlərini təmizləyin.
Pendir, əzilmiş qoz ləpəsi və digər iç ər4zaqlarını bir qabda çəngəllə əzin və qarışdırın.
İçlik hazır olduqdan sonra təmizlənib ikiyə ayrılmış bibərləri dəzgahın üstunə düzün.
Bibərlərin enli tərəfləri sizin tərəfdə olmalıdır.
Bibərlərin geniş tərəfinə 1 çay qaşığı iç qoyun və rulon hazırlayın.
Hazırlanan rulonların açılmaması üçün kürdan taxın.
Hazır qırmızı bibər sarmasını süfrəyə verilmək üçün qaba düzün.
Üzərinə zövqə görə zeytun yağı, sarımsaqlı sirkə də qoyub bu şəkildə süfrəyə vermək olar.

Nuş olsun!