Yazdırma Seçimləri:

Qırmızı ürəkli rulon tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olan ərzaqlar
 5 ədəd yumurta
 1,50 stəkan un
 1 paket qabartma tozu
 1 yemək qaşığı vanilin
 ½ çay qayığı qırmızı qida boyası
Kremi üçün
 4 stəkan süd
 1 stəkan un
 şəkər
 2 yemək qaşığı krem şanti
 1 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı vanilin
Hazırlanma qaydası
1

Əvvəlcə ymurtaları qırın.
Sonra üzərinə şəkəri əlavə edin.
Yumurta və şəkəri krem qatılığına gələnə qədər mikserlə çırpın.
Unu və qabartma tozunu da əlavə edib qarışdırın.
Bu qarışıqdan 4 qaşıq başqa qaba alın.
İçərisinə 1 yemək qaşığı un əlavə edin.
1 qaşıq kərə yağını əridib içinə qarışdırın.
Gıda boyasını əlavə edib qarışdırmağa davam edin.
Rəngli xəmiri sıxma torbasına yığın.
Torbanı kürdanla deşin.
Əvvəlcə ürəklərin formasıı düzəldin.
Sonra isə ürəklərin içini doldurun.
Düzəltdiyiniz ürəkləri soba sinisinə yığın və 160 dərəcə qızdırılmış sobada 2 dəqiqə bişirib tez də çıxardın.
Üzərinə qalan keks xəmirini eyni şəkildə yayın.
160 dərəcə qızdırılmış sobada 10-12 dəqiqəyə yaxın bişirin.
Sobadan çıxartdıqdan həmən sonra yavaşca sarıyaraq rulon bükün.
Isladıb möhkəm sıxdığınız bir dəsmalı rulonunuza bükün. 2-3 dəqiqə sonra dəsmalı açın.
Rulonunuz soyuduğu müddətdə kremini hazırlayın.
Bir qazana süd, un şəkər qoyun.
Çırpma teli ilə möhkəm qarışdırın və ocağa qoyun.
Ocaqda
davamlı qarışdırın.
Qatı bir bir krem hazırlayın.
Qaynamağa başladıqdan sonra altını azaldın və qarışdırmağa davam edin.
4-5 dəqiqə sonra altını söndürün.
Kənara alıb arada qarışdırın.
Kərə yağını və toz kremşantini də əlavə edib qarışdırın.
Soyuduqdan sonra rulonunuzun içinə spatula yardımı ilə kremi yayın.
Və rulonunuzu hazırlayın.
Ürəklər üstdə qalacaq şəkildə servis tabağına yığın.

Nuş olsun!