fırında kabak dolma


Lazım olan ərzaqlar:

  • 4 orta boy qabak,
  • 1 pomidor,
  • 1 soğan,
  • 250 q orta yağlı qiymə,
  • 30 q kərə yağı,
  • 1 çay stəkanı düyü,
  • Yarım dəstə şüyüd,
  • 1 şorba qaşığı tomat,
  • 1 qəhvə fincanı su,
  • Duz,
  • Istiot,
  • Ədviyyatlar,

Hazırlanma qaydası:

  • Düyünü duz atılmış qaynar suda 15 dəqiqə saxlayıb süzün.
  • Soğanı soyub doğrayın.
  • Şüyüdü təmizləyib doğrayın.
  • Qabakları alacalı soyun.
  • Üzərindən barmaq qalınlığında kəsib içini çıxardın.
  • Çıxartdığınız qabak içlərini zər şəklində doğrayın.
  • Soğan, qiymə, şüyüd, tomat və bir qəhvə fincanı su, kərəyağı, duz və ədviyyatı əlavə edib yoğurun.
  • Ən sonda düyünü əlavə edin.
  • Hazırladığınız qarışığı qabakların içərisinə doldurun.
  • Üzərini örtmək üçün pomidorları doğrayın.
  • Pomidorları da yerləşdirdikdən sonra qazana düzün.
  • Qazanın kənarından 2 stəkan su tökün.
  • Qaynadıqdan sonra vam odda qabaklar bişənə qədər bişirin.
  • Ocaqdan düşürdərək isti halda servis edin.