Kükü qəhvəaltı süfrələrində hər zaman sevilən bir yeməkdir. Kükünu istərsiniz ocaqda, istəsəniz də sobada bişirə bilərsiniz. Süfrələrə çox yaraşan Kükü həm bərəkətli , həm də doyurucudur. Hər gün sevə-sevə yeyəcəyiniz bir qəhvəaltı reseptidir Kükü.
✅ Qozlu kükü üçün istifadə edəcəyimiz göyərtiləri ayirtladıqdan sonra təmiz-təmiz yuyun.
✅ Suyunu çəkməsi üçün bir mətbəx dəsmalının üzərinə sərin.
✅ Suyu quruyan göyərtini kiçik-kiçik doğrayın.
✅ Qoz ləpəsini də təmizləyin.
✅ Təmizlədiyiniz qoz ləpəsini çox əzmədən doğrayın.
✅ Qozlu kükü üçün istifadə edəcəyiniz qaymağı bir kasaya alın.
✅ Holland pendirini rəndədən keçirin.
✅ Küküyə vuracağınız yumurtaları yuduqdan sonra bir qaba sındırın.
✅ Sındırdığınız yumurtaların üzərinə qoz ləpəsini əlavə edib qarışdırın.
✅ Yumurtalı qoz qarışımının üzərinə duz və istiot əlavə edib qarışdırın.
✅ Hazırladığınız qozlu yumurta qarışımını doğradığınız göyərtinin üzərinə əlavə edərək yenidən çırpın.
✅ Pendiri əlavə etdikdən sonra yaxşı qarışdırın.
✅ Artıq bişirəcəyiniz kükünün ərzaqları hazırdır.
✅ Qozlu Kükünü bişirmək üçün sobanı əvvəlcədən 180 dərəcəyə qədər qızdırın.
✅ Qozlu kükü bişirəcəyiniz qabı bir az qızdırın ki, yağ əriyib qabın hər tərəfinə yayılsın.
✅ Əvvəlcədən qızdırdığınız sobada qozlu kükünü bişirin.
✅ Qozlu kükünün tərkibində olan holland pendiri tamamən əridikdən sonra və üzəri azca qızardıqdan sonra sobadan almaq lazımdır.
✅ Kükü bişdikdən sonra sobadan çıxarıb isti-isti servis etmək lazımdır.
✅ Öz zövqünüzə uyğun olaraq süsləyə bilərsiniz.
✅ Kükünü xama ilə servis edə bilərsiniz.