Qozlu piroq

qozlu piroq

 Qozlu piroq

   Qozlu piroq üçün  lazım olan  ərzaqlar:

  • 100 q kərə yağı,
  • 150 q şəkər tozu,
  • 2 ədəd yumurta,
  • 5 q  qabartma tozu,
  • 120 q  buğda unu,
  • 100 q  qoz ləpəsi,
  • 125 ml süd.

Qozlu  piroqun hazırlanma qaydası: 

  • Qozlu piroq tərifi  üçün əvvəlcə yumurtanı şəkər tozu ilə çırpın.
  • Başqa bir qabda yağı əridib soyudun.
  • Yağ soyuduqdan sonra çalınmış yumurtanı əlavə edin və bunları da möhkəm qarışdırın.
  • Qozu qabıqlarından təmizləyin.
  • Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın.
  • Doğranmış qozu unla qarışdırın.
  • Sobanı 180 dərəcədə isidin.
  • Hazırladığınız  piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.
  • Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.
  • Soyuyan qozlu piroqu şəkər kirşanı və qoz ləpəsi ilə bəzəyin.

Nuş olsun!