Qozlu salat
Lazım olan ərzaq:
- toyuq əti (filesi) — 150 q,
- yumurta — 2 ədəd,
- göbələk — 100 q,
- soğan -1 ədəd,
- pendir — 100 q,
- sarımsaq — 2 diş,
- qoz ləpəsi — 50 q,
- mayonez – zövqə görə,
Qozlu salatın hazırlanması:
- Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.
- Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın.
- Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.
- Sonra bunları soyudun.
- Toyuq ətini qaynadın.
- Sonra bu toyuq ətini soyudun və xırda – xırda doğrayın.
- Yumurtanı qaynadın və sürtgəcdən keçirin.
- Sarımsağı yaxşıca əzin.
- Pendiri rəndədən keçirin.
- Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.
- Qozlu salatı qat-qat yığılır:
- Salatda məhsul laylarının yığılma ardıcıllığı bu şəkildədir:
- 1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).
- 2-ci qat – yumurta (mayonez yaxılır).
- 3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).
- 4-cü qat – sarımsaqlı və mayonezli pendir.
- 5-ci qat – qoz ləpəsi.
Nuş olsun!
Leave a Reply