Quzu ətli yarmalı şorba
Quzu ətli yarmalı şorba

Quzu ətli yarmalı şorba

 1 yaş və sonrası

Lazım olanlar:

  • 100 qam quzu əti,
  • 1 kiçik armudu stəkan yarma,
  • 1 yemək qaşığı buğda unu,
  • 1 çay qaşığı kərə yağı,
  • 1/2 ədəd kiçik ölçülü quru soğan,
  • 1/2 kiçik armudu stəkan süd,
  • 2 böyük stəkan su,

 Quzu ətli yarmalı şorbanın   hazırlanma qaydası:

  • Yarma bir gecə əvvəlcədən isladılır.
  • Quzu əti xaşlanılır.
  • Yarmanın suyu süzülərək bir qazana alınır, yenidən su qoyularaq xaşlanır.
  • Bir qazana kərə yağı qoyulur.
  • Soğanlar incə – incə doğranılır və kərə yağ olan qazana əlavə olunur.
  • Təqribən bir dəqiqə bişirilir. bişirilən soğana un əlavə edilərək təqribən bir dəqiqə yenə od üzərində qarışdırılır.
  • Bu qarışığa bişən ətin suyu, iki stəkan su, yarma və süd əlavə edilir.
  • Su az olsa, bir stəkan  yenə su əlavə edilir.
  • Bir burun qaynadıqdan sonra lif – lif didilmiş ətlər əlavə edilir. 5 dəqiqə bişirilir.