Yazdırma Seçimləri:

Rəvani

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olan ərzaqlar
 34 ədəd yumurta
 1,50 stəkan şəkər
 1,50 stəkan manni
 1,50 stəkan qatıq
 1,50 stəkan duru yağ
 2,50 stəkan un
 1 stəkan üyüdülmüş qoz
 1,50 paket qabartma tozu
 1 paket vanil
Şərbəti üçün
 3 stəkan şəkər
 4 stəkan su
 1 çay qayığı limon suyu
Hazırlanma qaydası
1

Əvvəlcə xəmiri rahat çırpa biləcək bir kasaya alın.
Içərisinə yumurta və toz şəkəri əlavə edib çırpın.
Ardından duru yağ ilə qatığı əlavə edib çırpın.
Kasanın içərisinə mannı və qabartma tozunu əlavə edib , ardından da unu əlavə edib gözəlcə çırpın.
Sonda isə vanilini əlavə edərək çırpmanı davam etdirin.
Rəvanini bişirmək üçün istiyə davamlı dörtkünc qabı yağlayın.
Qabın içərisinə hazır xəmiri tökün.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Rəvani sobada bişərkən şərbətini hazırlayın.
Şərbəti qaynatdıqdan sonra limon suyunu da əlavə edib ocağı söndürün.
Rəvanini dilimləyin.
Soyuduqdan sonra şərbəti onun üzərinə tökün.
Ancaq şərbət bir az ilıq olmalıdır.
Şərbəti də tökdükdən sonra başqa bir sini ilə üstünü örtərək bir az dincə qoyun.
Şirniyyat şərbəti çəkdikdən sonra üzərinə hind qozu səpin və servis edin.

Nuş olsun!