Yazdırma Seçimləri:

Rahat lokma

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

Rahat lokma

Lazım olan ərzaqlar
 2 ədəd yumurta
 0,50 stəkan manna yarması
 1 çimdik soda
 1 paket qabartma tozu
 ½ ədəd limon suyu
 1 stəkan qatıq
 2 stəkan un
 1 paket vanil
Şərbəti üçün
 2 stəkan şəkər tozu
 2,50 stəkan su
 3 ədəd (dilim)limon
Qızartmaq üçün
 bitki yağı
Hazırlanma qaydası
1

Bir qazanda şəkər,su və limon dilimlərini qaynadin.
Bir qabda 2 yumurtanı sındırın.
Kənarda soda,limon suyu və qabartma tozunu qatıq stəkanın üzərinə əlavə edin.
Tam köpürməsi üçün gözləyin.
Sonra alınan qarışığı yumurtaların üzərinə əlavə edin.
Ən sonda manna və unu əlavə edərək qaşıqla qarışdırın .
Xəmir nə çox duru,nə də çox bərk olmamalıdır.
Nisbətən çörək xəmirinə bənzəyir.
Hazırladığınız xəmirdən 2 ədəd çay qaşığı vasitəsilə kiçik topa bənzər parçalar alıb qızmış yağda bişirin.
Qaşıqları hər dəfə yağa batırın ki,xəmir yapışmasın.
Hazır lokmaları ilıq şərbətin içərisində 2-3 dəqiqə saxlayin və çıxarın.

Nuş olsun!