Rulon salat

Rulon salat
Rulon salat

 Lazım olan ərzaqlar:

  • 3 yumurta,
  • yarım stəkan qatıq,
  • 1 şirniyyat  qaşığı duz,
  • qabartma tozu,
  • 2 böyük kök,
  • 1 ədəd  soğan,
  • 1 su  stəkanı un.

İç  üçün lazım olan ərzaqlar:

  • Yarım kq  süzmə qatıq (artıra bilərsiniz) ,
  • istəyə bağlı 1 diş sarımsaq,
  • yarım dəsdə şüyüd,
  •  duz,
  •  pul bibər

Hazırlanma qaydası:

  • Əvvəlcə soğanları soyub doğrayın.
  • Doğradığınız soğanları iki-üç qaşıq yağda qızardın.
  • Qızardılmış soğanların üzərinə rəndələdiyiniz kökü əlavə edib qızardın.
  • Kök və soğan qızardıqdan sonra yumurtanı bir qabda çırpın və üzərinə qatığı da əlavə edib çırpın.
  • Bişirdiyiniz  kökü  və soğanı da    əlavə   edib  qarışdırın.
  • Un, qabartma tozu və duzu  da əlavə edib   yenidən  qarışdırın.
  • Yağlı kağız sərilmiş  siniyə töküb, əvvəlcədən  170 dərəcə qızdırdığınız sobada  bişirin.
  • Bişən rulonu ilıq  haldaykən sarıp açın.
  • Ardından hazırladığınız qatığı  hər yerinə sürtün və rulon  hazırlayın.
  • Yağlı kağıza sarıyıb  soyuducuda  bir  neçə  saat gözlədin.
  • Soyuduqdan sonra dilimləyib servis edin.

Nuş olsun!