şəkərparə

Şəkərparə

Lazım olan ərzaqlar: 

Xəmir üçün: 

  • 5 stəkan un,
  • 1,5 stəkan şəkər pudrası,
  • 1 çay qaşığı qabartma tozu,
  • 2 ədəd yumurta,
  • 125 qram marqarin,
  • 125 qram kərə yağı,
  • 100 qram irmik,
  • 1,/ stəkan fıstıq,

Şərbət üçün: 

  • 5 stəkan su,
  • 1 kiloqram şəkər.
  • 1/4 limonun suyu,

Şəkərparə hazırlanma qaydası:

  • Şəkərparə bişirmək üçün əvvəlcə un, qabartma tozu, pudra şəkər birlikdə ələkdən keçirilərək ələnir.
  • Bunların üzərinə irmik əlavə olunur.
  • Hamısı birlikdə qarışdırılır.
  • Təpəcik yaradılır.
  • Təpəciyin ortası “hovuz” açılır, oraya yumurtalar qırılır.
  • Kərə yağı və marqarini otaq temperaturunda əl ilə yumşaldıb “hovuz”a əlavə edilir.
  • Bütün materiallar qarışdırılaraq qulaq ucu yumşaqlığında xəmir hazırlanınr.
  • Fırın sinisi yüngülcə yağlanır.
  • Hazırlanan xəmirdən qoz böyüklüyündə kündələr kəsilir, şəkilləndirilir və yağlı siniyə səliqə ilə düzülür.
  • Hər bir kündənin üzərinə fıstıq qoyulur.
  • Duxovka əvvəlcədən 160 dərəcəyə isidilir.
  • Sini 160 dərəcə isidilmiş fırına yerləşdirilir.
  • Burada şəkərparə təqribən 50 dəqiqə bişirilir.
  • Şirniyyat  bişərkən şərbət hazırlanır.

Şərbətin hazırlanması: 

  • Su, şəkər və limon suyu qarışdırılır, orta qatılıqda bir səviyyəyə gələnə qədər qaynadılır.
  • Duxovkadan çıxan isti şəkərparə üzərinə isti şərbət əlavə edilir və soyuması üçün gözlədilir.
  • Şəkərparə süfrəyə soyuq halda servis edilir.