Yazdırma Seçimləri:

Şəkərparə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olan ərzaqlar
 5 stəkan un
 1,50 stəkan şəkər pudrası
 1 çay qayığı qabartma tozu
 125 q marqarin
 2 ədəd yumurta
 125 q kərə yağı
 100 q mannı
 1 stəkan fıstıq
Şərbəti üçün
 5 stəkan su
 1 kq şəkər
 ¼ ədəd limonun suyu
Hazırlanma qaydası
1

Şəkərparə bişirmək üçün əvvəlcə un, qabartma tozu, pudra şəkər birlikdə ələkdən keçirilərək ələnir.
Bunların üzərinə mannı əlavə olunur.
Hamısı birlikdə qarışdırılır.
Təpəcik yaradılır.
Təpəciyin ortası "hovuz" açılır, oraya yumurtalar qırılır.
Kərə yağı və marqarini otaq temperaturunda əl ilə yumşaldıb "hovuz"a əlavə edilir.
Bütün materiallar qarışdırılaraq qulaq ucu yumşaqlığında xəmir hazırlanınr.
Soba sinisi yüngülcə yağlanır.
Hazırlanan xəmirdən qoz böyüklüyündə kündələr kəsilir, şəkilləndirilir və yağlı siniyə səliqə ilə düzülür.
Hər bir kündənin üzərinə fıstıq qoyulur.
Soba əvvəlcədən 160 dərəcəyə isidilir.
Sini 160 dərəcə isidilmiş sobaya yerləşdirilir.
Burada şəkərparə təqribən 50 dəqiqə bişirilir.
Şirniyyat bişərkən şərbət hazırlanır.

Şərbətin hazırlanması qaydası
2

Su, şəkər və limon suyu qarışdırılır, orta qatılıqda bir səviyyəyə gələnə qədər qaynadılır.
Sobadan çıxan isti şəkərparə üzərinə isti şərbət əlavə edilir və soyuması üçün gözlədilir.
Şəkərparə süfrəyə soyuq halda servis edilir.

Nuş olsun!