Yazdırma Seçimləri:

Şabalıd Unlu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

şabalıd unlu keks

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan duru yağ
 1 stəkan süd
 1 paket qabartma tozu
 1 paket vanilin
 500 q şabalıd unu
Hazırlanma Qaydası
1

✅ Dərin bir qabda yumurtaları sındırın.
✅ Sındırdığınız yumurtaların içərisinə şəkər tozunu əlavə edin.
✅ Bu qarışığı mikserin köməyi ilə yaxşıca çırpın.
✅ Yumurta və şəkər tozu tamamən qarışdıqdan sonra onların üzərinə yağ və süd əlavə edərək bir az yenidən qarışdırın.
✅ Qarışdırdıqdan sonra içərisinə şabalıd unu və qabartma tozunu da əlavə edin.
✅ Quru ərzaqları da əlavə edərək taxta qaşıq və ya şpatulanın köməyi ilə ərzaqları yaxşıca qarışdırın .
✅ Soba sinisini yaxşıca yağlayın.
✅ Yağladığınız soba sinisinə hazırladığınız qarışığı tökün.
✅ Əvvəlcədən 200 dərəcə qızdırdığınız sobada 10 dəqiqə bişirin.
✅ 10 dəqiqə sonra isə sobanın temperaturunu 180 dərəcəyə endirin.
✅ 40 dəqiqəyə yaxın bişdikdən sonra keksin bişməsini kurdanla yoxlayın.
✅ Keks bişmişdirsə sobadan çıxardaraq soyumağa qoyun.
✅ Tamamən soyuduqdan sonra qəlibdən çıxardın.
✅ Soyuq halda servis edin.

Nuş Olsun!