Yazdırma Seçimləri:

Sembusek (ət qutabı)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 15 dəq

ət qutabı

Lazım olan ərzaqlar
 3 stəkan tam dəyirman unu
 1 stəkan ağ un
 1 stəkan su
 1 stəkan qatıq
 0,50 stəkan duru yağ
 1 yemək qaşığı quru maya
 2 çay qayığı duz
İçlik üçün
 300 q qiymə
 1 ədəd soğan
 1 ədəd pomidor
 2 ədəd yaşıl bibər
 4 yemək qaşığı duru yağ
 istiot
 cəfəri
 raziyana
 duz
Üzəri üçün
 1 ədəd yumurta sarısı
 1 çay qayığı qatıq
Hazırlanma qaydası
1

Xəmir üçün olan ərzaqlardan bir yumşaq xəmir yoğurun.
Xəmirin üzərini örtüb mayalanmağa qoyun.
Xəmir mayalanana qədər içi hazırlayın.
Soğan, bibər, pomidor və cəfərini kiçik doğrayıb qiyməyə qatın.
Duru yağ, ədviyyat və duzu da qatıb qarışdırın.
Mayalanan xəmirdən 2 qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın.
Unu səpərək vərdənə ilə kiçik bir tort tabağı böyüklüyündə oval şəkildə açın.
Açılan xəmirin yarısına içdən 1 qaşıq qoyub yayın.
Diğər yarısını üzərinə qapadın.
Kənarlarını kəsərək qapadın.
Siniyə yerləşdirib üzərinə yumurta və qatıq qarışığını sürtün.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

Nuş olsun!