Yazdırma Seçimləri:

Simit kababı(incə bulğur kababı)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Lazım olanlar
 500 q qiymə
 1 stəkan incə bulğur
 1 ədəd soğan
 4 diş sarımsaq
 1 yemək qaşığı bibər tomatı
 1 çay qayığı acı bibər tomatı
  nanə
  cirə
 istiot
  duz
 Taxta şiş
Servis etmək üçün
  lavaş
 izqarada bişirilən pomidor və bibər
Hazırlanma qaydası
1

Bulğuru isti suda isladın.
Ağzı bağlı qabda bulğur bişənə qədər saxlayın.
Içinə çox incə doğranmış soğan, ədviyyatlar, tomatları, qiyməni qataraq tamamən qarışana qədər yoğurun.
Taxta şişləri isladın.
Yoğrulan qarışıqdan limon böyüklüyündə parçalar ayırın və şişlərə taxın.
Incəldərək şəkil verin.
Yağlanmış soba tabağına düzün və alt üstü çox qurutmadan bişirin.
Bibər və pomidorlar yağsız tavada közləyin.
Servis tabağına lavaşı qoyun.
Üzərinə şişdən çıxardılan kababları yerləşdirin.
Pomidor və bibərlə bəzədiyiniz kababları isti-isti servis edin.

Nuş olsun!