Yazdırma Seçimləri:

Sini mantisi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti2 saat 10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt2 saat 30 dəq

sini mantisi

Lazım olan ərzaqlar
 ala bildiyi qədər un
 su
 duz
İçlik üçün
 400 q qiymə
 2 ədəd soğan
 duz
 istiot
Üzəri üçün
 sarımsaq
 qatıq
 duz
Hazırlanma qaydası
1

Əvvəlcə toyuğu yuyun.
Düdüklü qazana koyun və su əlavə edib 15 dəqiqə qədər bişirin.
Yoğurma qabına 6-7 su stəkanı un qoyub duz və suyu yavaş- yavaş əlavə edərək yumşaq sərt olmayan bır xəmir yoğurun.
Xəmirdən iki kündə hazırlayıb unlanmış dəzgahın üzərində açın.
Əvvəlcə 4 barmaq genişliyində lentvari kəsin.
Sonra eninə eynı şəkildə kəsərək dörtkünc xəmir əldə edin.
Bu dörtkünc xəmirlərin ortasına hazırlanan içdən qoyun.
İç qoyulmuş xəmirin uclarından baş barmaq və yanlarındakı işarət və orta barmaq ilə tutaraq bərk yapışdırın.
Yağlanmış siniyə bunları düzgün bir şəkıldə düzün(günəş kimi).
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə qədər bişirin və sinini sobadan alaraq üzərinə toyuq suyu tökün.
Təkrar sobaya verin.
Üzəri azca qızarınca kərə yağı parçalarını üzərinə qoyaraq 10 dəqiqə də bu şəkildə bişirdikdən sonra sobadan alıb servis edin.
Servis zamanı kərə yağlı tomat istifadə etməklə bərabər, sarımsaqlı qatıq da istifadə edə bilərsiniz.

Nuş olsun!