Yazdırma Seçimləri:

Soğanlı Yumurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

Soğanlı yumurta

Lazım Olan Ərzaqlar
 3 ədəd soğan
 3 ədəd yumurta
 1 yemək qaşığı kərə yağı
 1 çimdik toz bibər
 1 çimdik istiot
 cirə
 kəklikotu
 pul bibər
 duz
Hazırlanma Qaydası
1

✅ Əvvəlcə bişirmək üçün qapaqlı bir tava seçin.
✅ Ərzaqlarınızı bir soğan bir yumurta şəklində ölçüləndirə bilərsiniz.
✅ Kərə yağı sevməyənlər 1-2 qaşıq zeytun yağı da istifadə edə bilərlər.
✅ Kərə yağını tavaya alıb vam odda əridin.
✅ Kiçik halda doğradığınız soğanları tavaya alın.
✅ Soğanları tavaya alınca duzunu əlavə edin ki, soğanlar yumşalsın və rəngi dəyişsin.
✅ Aradabir qarışdıraraq qapağını qapadın ki, soğanlar yaxşı bişsinlər.
✅ Soğanlar yumşalan kimi istiotu, qırmızı bibəri , cirəni əlavə edərək ətirləndirin.
✅ Soğanlar qovrulduqdan sonra bişirəcəyiniz yumurta sayısına görə soğanların arasından göz açın.
✅ Yumurtalarınızı bu gözlərə qırıb arzu edərsinizsə yumurtaların ağlarını soğanların üzərinə yaya bilərsiniz.
✅ Tavanın qapağını örtün və ocağın atəşini artırın.
✅ Yumurtaların ağları bişəcək, sarısı isə bir az bişəcək ölçüdə bişirin.
✅ Üzərinə nanə və pul bibər gəzdirib süfrəyə alın.

Nuş Olsun!