sucuqlu yumurta
Sucuqlu yumurta
Lazım olanlar:
- 1/4 sucuq,
- 2 ədəd yumurta,
- su,
Sucuqlu yumurtanın hazırlanma qaydası:
- Sucuqları halqa şəklində doğrayıb tavaya səliqə ilə düzün.
- Sonra sucuqların üzərini örtəcək qədər su qoyun və ocağı yandırın.
- Sucuqlar burada suyu özünə çəkib yumşaldığı müddətdə siz yumurtaların ağı ilə sarısını bir – birindən ayırın.
- Suyu çəkilən sucuqların əvvəlcə bir tərəfini, sonra isə o biri tərəfini yüngülcə qızardın.
- Yumurtaların əvvəlcədən ayırdığınız ağını sucuqların üzərinə əlavə edin və tavanın qapağını örtün.
- Sucuğun üzərindəki yumurtanın ağı bişmək üzrəykən əvvəlcədən ayırdığınız yumurtaların sarısını da buraya əlavə edin.
- Yumurtanın sarısı da çox qısa müddət bişdikdən sonra sucuqlu yumurta hazırdır.
- Yeməyinizi süfrəyə vermək olar.
To Top
Leave a Reply