ramazan-serbeti-tarifiLazım olanlar:

  • 500 q qırmızı ərik,
  • 250 q gilənar,
  • 2 su stəkanı şəkər,
  • 1 darçın qabığı,
  • 4-5 ədəd mixək,
  • 1 dolu qaşıq zəncəfil,
  • 4 l su,

Hazırlanması:

  • Gilənar  və əriklərin saplarını arıtlayıb yuyun.
  • Qazana yığıb üzərinə 2 l su tökün.
  • Darçını, mixəyi zəncəfili əlavə edib meyvələr yumşalana qədər qaynadın.
  • Ocaqdan düşürdün və soyumasını gözləyin.
  • Soyuduqdan sonra süzün.
  • Suyuna şəkər tozunu əlavə edib əriyənə qədər qarışdırın.
  • Qalan 2 l suyu da əlavə edin.
  • Soyuducuya qoyun.
  • Soyuq servis edin.