Tərəvəzli buğlama balıq
Lazım olan ərzaqlar:
- 2 dənə ala balıq,
- 2 kartof,
- 4-5 uzunsov bibər,
- 2 qaşıq kərə yağı,
- 1 qaşıq duru yağ,
- 2 pomidor,
- 3 diş sarımsaq,
- 2 baş soğan,
- Yetərin qədər duz,
- 1 dəstə cəfəri,
- Ağzı qapalı tava,
Hazırlanma qaydası:
- Balıqları təmizləyib yuyun.
- 2-3 hissəyə ayırın.
- Kərə yağında azca qızardın.
- Kartofları soyub yuyun və incə halqalar şəklində doğrayıb yenidən yuyun ki , nişastası çıxsın.
- Soğanları da qabığını soyduqdan sonra eyni şəkildə doğrayın.
- Sarımsaqların qabığını soyub bütöv atın.
- Bibərləri kiçik-kiçik doğrayın.
- Pomidorların qabığını soyun.
- Küp-küp doğrayın.
- Duzunu atın.
- Duru yağda bişirin.
- Cəfərini də incə doğrayın və sonda xörəyin üzərinə səpin.
- Isti halda servis edin.
Leave a Reply