Yazdırma Seçimləri:

Tərəvəzli buğlama balıq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 2 ədəd ala balıq
 2 ədəd kartof
 5 ədəd uzunsov bibər
 2 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı duru yağ
 2 ədəd pomidor
 3 diş sarımsaq
 2 ədəd baş soğan
  duz
 1 dəstə cəfəri
  ağzı qapalı tava
Hazırlanma qaydası
1

Balıqları təmizləyib yuyun.
2-3 hissəyə ayırın.
Kərə yağında azca qızardın.
Kartofları soyub yuyun və incə halqalar şəklində doğrayıb yenidən yuyun ki , nişastası çıxsın.
Soğanları da qabığını soyduqdan sonra eyni şəkildə doğrayın.
Sarımsaqların qabığını soyub bütöv atın.
Bibərləri kiçik-kiçik doğrayın.
Pomidorların qabığını soyun.
Küp-küp doğrayın.
Duzunu atın.
Duru yağda bişirin.
Cəfərini də incə doğrayın və sonda xörəyin üzərinə səpin.
Isti halda servis edin.

Nuş olsun!