Yazdırma Seçimləri:

Tərəvəzli qırmızı bibər dolması

Verimlilik5 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

tərəvəzli qırmızı bibər dolması

Lazım olan ərzaqlar
 6 ədəd orta ölçüdə qırmızı bibər
 1 ədəd kabak
 1 ədəd kök
 3 ədəd pomidor
 1 ədəd badımcan
 1 ədəd kartof
 1 ədəd kiçik soğan
 6 ədəd göbələk
 3 yemək qaşığı qovrulmuş fıstıq
 2 yemək qaşığı zeytun yağı
 1 çay qayığı bibər tomatı
Sosu üçün
 2 stəkan süzmə qatıq
 2 diş sarımsaq
 duz
Qızartmaq üçün
 duru yağ
Hazırlanma qaydası
1

Əvvəlcə dolma bişirmək üçün lazım olan qırmızı bibərləri yuyub qurudun.
Tavada maye yağı qızdırın.
Qızdırmış olduğunuz yağda qurutduğunuz bibərləri qızardın.
Pomidorları yuyun.
Sonra pomidorların qabıqlarını soyun və küp-küp doğrayın.
Soğanları soyub yeməklik doğrayın.
Doğradığınız soğanları süzmə zeytun yağında bir az qovurun və üzərinə tomatı əlavə edib bir azca qovurun.
Göbələkləri də təmiz-təmiz yuyun və suyunu süzün.
Yumuş olduğunuz göbələkləri də doğrayıb yağda bir az qovurun.
Ocağın atəşini zəiflətmədən göbələklər qovrulduqdan sonra pomidoru əlavə edin və bişənə yaxın duz və istiotunu da əlavə edib qarışdırın.
Biişincə ocaqdan alın.
Qalan tərəvəzləri də yuyun və küp-küp doğrayın.
Kartofların qabıqlarını soyun, badımcanı isə alacalı soyun.
Tərəvəzlərin hamısını bibərləri qızartdığınız yağda qızardın.
Qızartdıqdan sonra onları bir dəsmal üzərinə yığın ki, yağlarını çəksin.
Daha sonra pomidor sosunu hazırladığınız qazana qızartdığınız tərəvəzləri və fıstıqları əlavə edib qarışdırın.
Duzunu və istiotunu da nəzərdən qaçırtmayın.
Qızartdığınız dolmalıq qırmızı bibərləri ortadan uzununa kəsin.
Bu kəsik hissəni çox açmadan içindəki çəyirdəkləri çıxardın və tərəvəzli qarışığı bibərin içinə doldurun.
Üzərinə incə-incə doğradığınız cəfərini səpin.
Yanında isə sarımsaqlı qatıq qoyaraq hazır tərəvəzli qırmızı bibər dolmasını servis edə bilərsiniz.

Qida Dəyərləri

Porsiya 5