Yazdırma Seçimləri:

Təzə Lobya Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 15 dəq

Yaşıl lobya A, B1, B2 və C vitaminlərinin mənbəyidir. Həmçinin lobyada fol turşusu və kalium var. Pis xolesterolu (LDL) salmağa kömək edir. Yaşıl lobya antioksidant xüsusiyyətlərə malikdir.

Təzə lobya konservi

Təzə Lobya Konservi Üçün Lazım Olan Ərzaqlar
 6 ədəd soğan
 5 kq təzə lobya
 5 kq pomidor
 1 ədəd sarımsaq
 1 stəkan zeytun yağı
 2 yemək qaşığı qaya duzu
Lobya Konservi Üçün Ərzaqların Yığılması
1

✅Konserva üçün lazım olacaq lobyanı yuyub təmizləyərək aşsüzənə yığın.
✅Lazım olacaq soğanı soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz zeytun yağını bir stəkana süzün.
✅İstifadə edəcəyiniz pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz sarımsağı soyub kasaya yığın.

Lobya Konservi Üçün Ərzaqların Hazırlanması
2

✅Suyunu çəkdikdən sonra lobyaları eninə doğrayın.
✅Banka və qapaqları da strelizə edin.
✅2-3 litr su qaynadın.
✅Pomidorları yuyub alt hisəsindən nazikcə cızıq atın.
✅ Hazırladığınız pomidorları qaynar suya atıb 2-3 dəqiqə saxlayın.
✅Sonra qaynar sudan çıxardıb başqa bir qabda hazırladığınız buzlu suya atın.
✅Bu şəkildə qabıqlar çox rahat soyulacaq.
✅Qabıqlarını soyduğunuz pomidorları kub şəkliində doğrayın.
✅Soğanları da kub şəklində doğrayın.
✅Sarımsaqları da kiçik-kiçik doğrayın.

Ərzaqların Bişirilmə Qaydası
3

✅Bütün bu hazırlıqları etdikdən sonra qazana yağı tökün və soğanları qovurun.
✅Pomidor suyunu verincəyə qədər qovurun.
✅Sonra lobya və sarımsağı əlavə edib duz səpərək qarışdırın.
✅Qapağı bağlayın və lobya rəngini dəyişənə qədər, yəni saralana qədər çox zəif odda bişirin.
✅Ehtiyatlı olun, lobya bişməyəcək, sadəcə saralacaq və rəngini itirəcək.
✅Lobya saraldıqda üzərinə qaynar su töküb qarışdırın, orta odda 5 dəqiqə qaynadın.

Hazır Lobya Konservinin Bankalara Yığılması
4

✅Yemək yaxşıca qaynamağa başlayınca qazanın altını qapatmadan bankaları doldurun.
✅Bankalara hazırladığınız lobyaları elə doldurun ki, aralarında boşluq olmasın.
✅Bıçağın köməyi ilə bankaları yumşaq bir şəkildə qarışdırın ki, qalan hava qabarcıqları da bu şəkildə çıxsın.
✅Lobya doldurduğunuz konserv qablarının kənarlarını silin və qaynar sudan çıxarıb qurutduğunuz isti qaynar qapaqlarla çox möhkəm bağlayın .

Hazır Konservlərin Qaynadılması
5

✅Bankaları dərin bir qazana yığaraq üzərini örtmək üçün qaynar su ilə dolduraraq 50 dəqiqə qaynadın.
✅ Bu mərhələdə bankaların bir-biri ilə toqquşması və zədələnməsinin qarşısını almaq üçün onların arasına kiçik parçalar qoya bilərsiniz.
✅Qaynayan konservlər su soyuyana qədər qazanda qalır.
✅Qapaqlar içəriyə doğru çəkilməlidir.
✅Bu şəkildə konservlər saxlanılır.

DİQQƏT
6

✅Konservdə istifadə olunan qapaqlar çox vacibdir.
✅Əvvəl istifadə olunmamış yeni qapaqlardan istifadə etməyinizə əmin olun.
✅Digər vacib məqam həm bankaların, həm də qapaqların qaynadılmış və steril olmasıdır.

Lobya Konservinin Saxlanma Qaydası
7

✅Üzərini bir dəsmal ilə örtün və 24 saat belə qalacaq şəkildə saxlayın.
✅Sonra onu yediyiniz günə qədər sərin və qaranlıq yerdə saxlayın.

Nuş Olsun!