Yazdırma Seçimləri:

Təzə lobya konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

lobya-konservas

Lazım olan ərzaqlar
 2 kq təzə lobya
 2 l isti su
  duz
1

lobya-konservas

Təzə, körpə, qılçıqsız lobyalar seçin.
Lobyaları bir neçə dəfə axar suda yuyn.
Uçlarını, varsa qılçıqlarını təmizləyin və istənilən uzunluqda doğrayın.
Qaynar suda və ya buxarda beş dəqiqə bişirin.
Lobyaları bir süzgəcə alın və lobya qaynayan suyu süzərək atın.
Əvvəlcədən təmizlənmiş, yuyulmuş və qaynar suda saxlanılan bankalara lobyaları isti –isti doldurun.
Bankaları doldurarkən soyuq mərmər üzərinə qoysanız çatlaya bilər. Bu səbəblə bir taxta və ya bez üzərində doldurmaq ya da doldurmadan əvvəl bankaları isti buxara tutmak yararlı olacaqdır.
Bankaların dibinə və lobyaların üstünə bir dilim pomidor qoyun.
Bir kiloluq bankalara bir şirniyyat qaşığı, yarım kiloluq bankalara yarım şirniyyat qaşığı duz qoyun.
Lobyalrı tamamən örtəcək və üstündə 1,5 sm boşluq qalacaq şəkildə üzərinə qaynar suyu tökün.
Ucu sivri olmayan təmiz bir bıçaq və ya qaşıq sapını bankaların dibinə qədər batıraraq bir neçə dəfə sağa-sola hərəkət etdirin.
Bu şəkildə lobyaların arasında qala biləcək hava çıxarılmış olur.
Sonra isə əvvəlcədən yuyulmuş , qaynar suya salınmış qapağı banklaların ağzına qoyun
və bərk bağlayın.
Düdüklü qazanın dibindən 3-4 barmaq su koun.
Su səviyyəsi bankaların 1/3 boyunu keçməməlidir.
Qazanın qapağını bağlayaraq ocağı yandırın.
Yarım kiloqramlıq bankalar üçün 25 dəqiqə, bir kiloqramlıq bankalar üçün 30 dəqiqə sürəylə buxar çıxan hissəsi açıq vəziyyətdə orta hərarətli atəşdə qaynadın.
Bankaları aralı-aralı olaraq bir bez və ya taxta üzərində qapaqları yerdə olmaqla bir gecə saxlayın.
Sızıntı olup –olmadığını kontrol edərək , sərin və rütubətsiz bir yerdə istifadə olunana qədər saxlayın.

Nuş olsun!