Tabbule salatı(Pəhriz üçün)
Təndirdə bişən çörək ilə də servis edilən salata başdan başa diyet bir öyün ola bilər.
2 nəfərlik,
30 dəqiqəyə hazırlanır.
Tabbule salatı üçün lazım olan ərzaqlar:
-
2 dəstə cəfəri,
-
1 dəstə təzə nanə,
-
6ədəd təzə soğan,
-
3 ədəd orta boy pomidor.
-
1 çay stəkanı ıincə bulğur,
-
1,5 çay stəkanı isti su,
-
4 yemək q aşığı zeytun yağı,
-
1 ədəd limon suyu,
-
2 yemək qaşığı nar şərabı(arzuya görə),
-
1/2 çay qaşığı duz,
Tabbule salatının hazırlanma qaydası:
- Sadəcə bir dəfə yuduğunuz incə bulğuru şüşə bir qaba alın.
- İsti su ilə ıslatdıqdan sonra ağzını qapatdığınız qabda şişməsi üçün 15 dəqiqə qədər gözləyin.
- Bol suda yuyub sularını süzdürdüyünüz cəfəri və təzə nanəni saplaqlarıyla birlikdə incə- incə doğrayın.
- Təzə soğanları incəcik doğrayın.
- Dörd bərabər parçaya bölüb, çəyirdəkli hissələrini aldığınız pomidorları kiçik parçalar halında doğrayın.
- Doğramış olduğunuz bütün ərzaqları dərin bir salat kasasına alın.
- Şişip, yumuşalan bulğur ilə salatın ərzaqlarını qarışdırın.
- Salatın sosu üçün; zeytinyağı, limon suyu, nar şərabı və duzu kiçik bir qabda qarışdırdıqdan sonra salat kasasına yığın.
- İstifadə edəcəyiniz zeytun yağı və nar şərabı miqdarını damaq dadınıza görə azaldıb , artıra bilərsiniz.
- Salat qarışığına kiçik parçalar halında doğradığınız quru soğan da əlavə edə bilərsiniz.
- Nar şərabını arzuya görə əlavə etməyə də bilərsiniz.
- Salatın süsləməsində nar dənələrinə yer verə bilərsiniz.
- Yaxşıca qarışdırdığınız salatı servis tabağına alın və gözlətmədən servis edin.
- Təndrdə bişən çörək ilə də servis edilən salat başdan başa diyet bir öyün ola bilər.
Leave a Reply