Yazdırma Seçimləri:

Tas kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Lazım olan ərzaqlar
 400 q quşbaşı ət
 1 ədəd soğan
 1 ədəd böyük kartof
 2 diş sarımsaq
 1 çay qayığı tomat
 duz
 istiot
 toz qırmızı bibər
 duru yağ
Hazırlanma qaydası
1

• Əvvəlcə duru yağ qoyulmuş qazanda əti qovurun.
• Ət suyunu salıb çəkənə qədər vam odda bişirin.
• Suyunu çəkincə incə doğranmış soğanı və sarımsağı əlavə edib yaxşıca qovurun.
• Sonra tomatı əlavə edin.
• Qaynar suyu isə ətin üzərini keçənə qədər əlavə edin.
• Ən sonda isə küp-küp doğradığınız kartofları əlavə edib qapağı qapalı halda kartoflar yumşalana qədər bişirin.
• İsti-isti servis edin.