tava börəyi
tava börəyi

Tava börəyi

Lazım olan ərzaqlar:

  • 2 ədəd yuxa,

İç üçün lazım olan ərzaqlar:

  • 100 qram pendir,
  • 1/4 ədəd sucuq,

Sos üçün lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta,
  • 2 kiçik stəkan maye yağ,
  • 1 kiçik stəkan qatıq,
  • 1 kiçik stəkan süd,
  • duz,
  • su.

Tava börəyi hazırlanma qaydası:

  • Sos üçün lazım olan materiallar hamısı qarışdırılır və çırpılaraq sos hazırlanır.
  • Bundan sonra pendir əzilir.
  • Sucuqlar incə – incə doğranılır.
  • Bunlar edildikdən sonra əzilən pendir və incə  – incə doğranılmış sucuq bir – birinə qarışdırılır.
  • Bir tava götürülür və içərisi yağlanılır.
  • Yuxalardan bir dənəsi götürülür, tavanın içərisinə sərilir.
  • Yuxanın kənarları tavadan kənara çıxır.
  • Qalan ikinci yuxanın yarısı kəsilib ayrılır, tavanın içərisinə qoyulur.
  • Bundan sonra əvvəlcədən hazırlanan sosun bir hissəsi  tavanın içərisindəki yuxaların üzərinə əlavə edilir.
  • Yuxaların sosu canına çəkməsi üçün biraz gözlədilir.
  • Bundan sonra içlik üçün hazırladığımız pendir və sucuq qarışığı soslu yuxanın içərisinə bərabər şəkildə yayılır.
  • Qalan yuxa parçası ilə içliyin üzəri örtülür.
  • Qalan sosun bir hissəsi də buraya əlavə edilir.
  • Tavanın kənarlarından çıxan yuxa parçaları ilə bunlar yaxşıca sarılır.
  • Bundan sonra qalan sosun hamısı da börəyin üzərinə sürtülür.
  • Tavanın qapağı örtülür.
  • Tava vam odda ocağın üzərinə qoyulur.
  • Burada tava börəyi vam odda bişməyə başlanır.
  • Aradabir altının qızarıb – qızarmadığını kontrol etmək lazımdır.
  • Tava börəyi alt hissəsi qızardıqdan sonra bir tabaq vasitəsi ilə tərs çevrilir.
  • Tava börəyi digər üzü də bu  vəziyyətdə  bişib qızarır.
  • Bundan sonra tava börəyini süfrəyə vermək olar.

Qeyd:

  • Tava börəyi hazırlayarkən hazır yuxa istifadə etmək olar.
  • Bu börəyin hazırlanmasısını həm asanlaşdırar, həm də sürətləndirər.
  • Asanlıqla hazırlayacağınız tava börəyi, süfrələrinizi bəzəməklə, qonaqlarınızın və uşaqların da xoşuna gələcək.
  • Börəyin bir çox üsulla hazırlanmasına baxmayaraq, bu börək növü xusisi ilə asan hazırlanması ilə diqqət çəkir.