Yazdırma Seçimləri:

Tavada Aypara Qutab – Buzluqda da Saxlamaq Olar

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Tavada aypara qutab. Çox ləzzətli. Çox asand.

Tavada Aypara Qutab Üçün Lazım Olan Ərzaqlar
 4 stəkan un
 1,50 stəkan ılıq su
 1 paket quru maya
 1 çay qayığı duz
Tavada Aypara Qutabın İçliyi Üçün
 1 ədəd soğan
 1 çay qayığı tomat
 1 stəkan lor pendiri
 1 çay qayığı istiot
 1 çay qayığı toz qırmızı bibər
Tavada Aypara Qutab Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz mayanı qarışdırma qabına alın.
✅ İstifadə edəcəyiniz suyu stəkana süzün.
✅ Unu bir qaba ələyin.
✅ Lazım olacaq qədər duzu kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz soğanları soyub kiçik-kiçik doğrayın.
✅ Zeytun yağını stəkana süzün.
✅ İstifadə edəcəyiniz tomatı kasaya yığın.
✅ İstifadə edəcəyiniz pendiri ovxalayıb kasaya yığın.

Tavada Aypara Qutab Üçün Xəmirin Hazırlanması
2

✅İlıq su və mayanı bir qabın içərisində qarışdırın
✅Ardından az- az un əlavə edərək yoğurmağa başlayın.
✅Duzu da əlavə edib yoğurmağa davam edin.
✅Ələ yapışmayan orta yumşaqlıqda bir xəmir əldə edin.
✅Un və su miqdarını xəmirinizə görə artıra bilərsiniz.
✅Xəmiri hazırlayarkən unu az -az əlavə etməyə çalışın.
✅Ardından otaq temperaturunda 30-40 dəqiqə qədər, üzəri nəmli bir bezlə örtülmüş şəkildə mayalandırın.

Tavada Aypara Qutab Üçün İçliyin Hazırlanması
3

✅Soğanı incə-incə doğrayın.
✅Bir tavaya yığıb üzərinə zeytun yağı və tomatı əlavə edərək qovurun.
✅Qovurduqdan sonra ocaqdan alın və üzərinə lor pendirini və ədviyyatları əlavə edərək qarışdırın.
✅Bir tərəfdə dincə qoyun.

Tavada Aypara Qutabın Hazırlanması
4

✅Mayalanan xəmirdən orta böyüklükdə kündələr edin və azca unlanmış bir dəzgahın üzərində oxlavla açın.
✅Açtığınız yuxanın yarısına hazırladığınız pendirli xərcdən 1,5 yemək qaşığı qoyub yayın.
✅Yuxanın içliksiz hissəsini içlik olan hissənin üzərinə qatlayın.
✅Kənarlarından artıq çıxıntıları bıçak yardımıyla alın.
✅Düzəltdikdən sonra çəngəl və ya əlinizlə kənarlarını basdırın.

Tavada Aypara Qutabın Bişirilməsi
5

✅Tavanızı yüksək atəşin üzərində qızdırın.
✅Qutablarınızın hər iki üzünə də fırça yardımıyla yağ sürtün.
✅Yaxşıca qızdırdığınız tavada qutabı arxalı önlü bişirin.
✅Qutabların üzərinə bişdikdən sonra da yağ vura bilərsiniz.
✅Bu şəkildə qurumalarını da əngəlləmiş olarsınız.

DİQQƏT
6

✅Qutablar otaq temperaturunda olduğu zaman soyuducu torbasına yığıb dondurmaya yığa bilərsiniz.

Tavada Aypara Qutabın Servis Edilməsi
7

✅Bişən qutabları isti-isti servis edin.

Nuş Olsun!