Yazdırma Seçimləri:

Tiramisu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Sunumuyla, dadıyla, hazırlanmasıyla göz dolduran tiramisu reseptimi sizlərlə paylaşııram. İnanıram ki, bu şirniyyat sizləri məmnun edəcəkdir.
Tiramisunun hazırlanması çox asandır.

tiramisu

🍮Tiramisu Üçün Lazım Olan Ərzaqlar
 50 q cremette pendir
 70 q mascarpone pendir
 100 ml qaymaq
 30 q şəkər kirşanı
 3 ədəd xanımbarmağı peçenye
 bişmiş qəhvə
 kakao
🍮 Tiramisu Hazırlamaq Üçün Ərzaqların YIğılması
1

✅ İstifadə edəcəyiniz Qremette pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qaymağı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz Mascorpane pendirini bir kasaya yığın.
✅ Lazım ola biləcək qədər şəkər kirşanını bir kasaya yığın.
✅ Tiramisu hazırlamaq üçün lazım olan Xanım barmağı peçenyelərini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qəhvəni kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz kakaonu bir kasaya alın.

🍮 Mascarpone Kremi Hazırlama Qaydası
2

✅Mətbəx robotuna Cremette pendiri əlavə edin
✅ Bir az çırpıldıqdan sonra Mascarpone pendiri, daha sonra isə qaymağı əlavə edilb yaxşıca çırpın.
✅ Bu ərzaqları da yaxşıca qarışdıqdan sonra üzərinə yavaş - yavaş şəkər kirşanını əlavə edin.
✅ Şəkər kirşanını da qarışdırın.
Mascarpone kremi hazırdır.

🍮 Tiramisu Hazırlanması
3

✅ Tiramisu hazırlayacağınız stəkana bir az krem qoyun.
✅ Xanımbarmağı peçenyeni qəhvədə isladın və kremin üzərinə düzün.
✅ İkinci sıra olaraq xanımbarmağı (ladyfinger, kedidili) peçenyesinin üzərinə krem qoyun.
✅ Qəhvədə isladılan xanımbarmağı peçenyesini yenidən kremin üzərinə düzün.
✅ Bunların da üzərini Tiramisu üçün hazırladığımız kremlə örtün.
✅ Kremin üzərini səliqə ilə düzəldin.
✅ Bundan sonra Tiramisunun üzərinə kakao tozu səpin.
✅ Tam özünü tutması üçün soyuducuda gözlədin.

🍮 Tiramisunun Servis Edilm'Qaydası
4

Tiramisunu çayla birlikdə servis edin.Öz istəyinizə görə bəzəyə bilərsiniz.

Nuş Olsun!