Tort üçün  biskivit resepti

tort üçün biskivit
tort üçün biskivit  resepti

Yazdiqlarima dəqiqliklə əməl etsəniz tam istədiyiniz kimi biskvitiniz qabaracaq.

(8 nəfərlik)

 Lazım olan ərzaqlar:

1 stəkan un,
1 stəkan şəkər tozu,
3 yumurta,
3 xorək qaşığı isti su,
1 xorək qaşığı duru yag,
1 paket vanil,
1 paket qabartma tozu,

Hazırlanması:

  • Yumurtaların agıyla sarısını ayırın.
  • Sarısını 1 stəkan şəkər tozuyla rəngi acılana qədər mikserlə calın.
  • Sonda uzərinə suyu,yagı tokub 5 dəqiqə  calın.
  • Hazır olduqdan sonra unu və vanili ələyib qaşıqla ehmalca qarışdırın.
    Qıraqdaki yumurtanın agına qətiyyən şəkər tozu və  başqa ərzaq qatılmadan mikserlə agarıb qatılaşana kimi cırpın.
    Yumurtanın agini 3 dəfəyə sarısinın uzərinə tokub köpunun yatmaması üçün qaşıqla yavaş -yavaş qarışdırın.
  • Ən sonra qabartma tozunu ələyib qatın.
  • Qabartma tozunu həmişə ən sonda əlavə edin və çox qarışdırmayın.
  • Onda biskvitiniz daha yaxşi qabarar.
  • Biskviti bişmək uçün qaba tökdükdən sonra 4-5 dəfə  stola çırpın  ki, icindəki hava cıxsın və biskivitinizin hər tərəfi eyni qabarsin.
  • Sonda əvvəlcədən  170 dərəcə qızdırılmış    fırında  30-35 dəqiqə bişirin.

Nuş olsun !