Yazdırma Seçimləri:

Tost çörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 25 dəq

Tost çörəyi

Lazım olan ərzaqlar
 1,50 stəkan ilıq su
 1,50 stəkan ilıq süd
 1 stəkan duru yağ
 1 yemək qaşığı şəkər tozu
 1 çay qayığı duz
 10 q maya
 1 stəkan ilıq su mayanı aktivləşdirmək üçün
 11 stəkan un
Hazırlama qaydası
1

Tost çörəyinin xəmirini hazırlamaq üçün əvvəlcə 1 qəhvə fincanı ilıq su, 1 qaşıq yarım şəkər tozu və 1 paket maya yoğurma qabı içərisində qatın.
Mayanın aktiv olması üçün 3-4 dəqiqə gözləmək lazımdır.
Ardından ilıq su, ilıq süd, duru yağ, duz əlavə edib qarışdırın.
Əldə olunan qarışığa ölçülü olaraq az-az un əlavə edərək yaxşıca yoğurun.
Xəmir ələ yapışar qatılıqda olan zaman un əlavə etməyin və 10 dəqiqə qədər yoğurun (xəmir yoğrulduqca özünü tütub toparlanır).
Ələ yapışan bir xəmir olur.
Yoğrulan xəmirin üzərini örtüb və mayalanması üçün 1 saat gözləyin.
Mayalanan xəmiri yenidən yoğrub və strec film sərilən dəzgahın üzərinə qoyun.
Vərdənə yardımı ilə çox incəltmədən bir az açın və qarşılıqlı iki tərəfini ortadan birləşdirəcək şəkildə qatlayın.
Ardından da digər kənardan başlayaraq rulon halında qatlayın və yağlanmış dörtkünc qəlibə yerləşdirin.
Qəlibin üzəri azca yağlanmış strec film ilə qapadın və qəlibi doldurana qədər(1 saata yaxın) gözləyin.
Xəmir qabararkən ara-ara üzərinə barmaq ucları ilə yüngülcə basaraq qəlib içərisinə normal şəkildə yayın.
Mayalanan xəmirin üzərindən strec filmi qaldırın və əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Daha sonra temperaturu 150 dərəcəyə endirin və 5 dəqiqə qədər içini çəkməsini gözləyin.
Hazır tost çörəyini sobadan alaraq təmiz bir bezin üzərinə yerləşdirin.
Soyuduqdan sonra çörəyi dilimləyə bilərsiniz.

Nuş olsun!