Toyuq budu  dolması

toyuq dolma

Toyuq budu  dolması

Toyuq budu  dolması  üçün   lazım olan  ərzaqlar:

  • 4 dənə iri toyuq budu,
  • 1 yemək qaşığı xardal,
  • 3 dənə göbələk,
  • 1 ədəd kök,
  • 4 dilim holland pendiri,
  • 1 yarım qəhvə fincanı duru yağ,
  • 1 su stəkanı ilıq su,

Toyuq budu  dolmasının   hazırlanma  qaydası:

  • Budları yuyub suyunu çəkməyə qoyun.
  • Təmizlədiyiniz budların sümüklərini çıxardın.
  • Budları əzin və incələşdirin.
  • Üzərinə 1 yemək qaşığı xardal sürtün.
  • Göbələkləri çox əzmədən doğrayın.
  • Köklərin qabığını soyun və dilimləyin.
  • Hazırladığınız göbələk və kökləri də toyuqların içərisinə yerləşdirin.
  • Holland pendirini də üzərinə töküb rulon şəklində bükün.
  • Toyuq  budları  bişərkən açılmaması üçün bir kurdan ilə bağlayın.
  • Zeytun yağını bir yanmayan tavanın içərisinə tökün və qızdırın.
  • Dolma Hazırladığınız dolmaları  da yağın içərisinə atın və hər tərəfini qızardın.
  • Qızarmış toyuqları ayrı bir qazana yığın.
  • Üzərinə bir stəkan su tökün.
  • Vam odda toyuqlar və iç ərzaqları yaxşıca bişənə qədər bişirin.
  • Qazandakı su tamamən çəkiləndən sonra dolmanı ocaqdan düşürdün və servis üçün hazırlayın.