Yazdırma Seçimləri:

Toyuq küküsü

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

toyuq küküsü

Lazım olan ərzaqlar
 400 q doğranmış toyuq döşü
 200 q doğranmış göbələk
 3 ədəd doğranmış kartof
 34 yemək qaşığı dəmlənmiş zəfəran
 23 çay qayığı sarıkök (zərdəçal)
 1 ədəd soğan
 yumurta
 zövqə görə ədviyyat
 duru yağ
Hazırlanma qaydası
1

Bir baş soğanı soyun və incə doğrayın.
Tavada yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
Toyuq döşünü doğrayıb soğana qatın və bir az qızartdıqdan sonra kənara qoyun.
Əvvəlcədən hazırladığınız kartofu ,göbələyi bir tavada ayrı- ayrı az yağda qızardın.
Qızardandan sonra artıq yağını süzün.
Bir qabda yumurtaları yaxşıca çalın.
(nə qədər yumurta lazımsa artıra bilərsiniz).
Qarışıma duz,ədviyyat və dəmlənmiş zəfəranı atıb yaxşı qarışdırın.
Sonra soba qabına qat -qat yəni əvvəl toyuq döşünü, sonra da yumurta qarışımını, göbələyi və yenə yumurta, kartof, toyuq döşünü düzünu və ən son yumurta qarışımı əlavə edin.
Sobanı 160 °C 170 °C -dək qızdırın.
Qızdırılmış sobanın orta hissəsində 25-30 dəqiqə ərzində, və yaxud da üstləri yaxşı qızaranadək bişirin.
Kükü hazır olduqdan sonra üstünü öz zövqünüzlə bəzəyin .

Qeyd!
2

Bu kükünü tavada da hazırlaya bilərsiniz.
Yağı əritdikdən sonra qarışımı tavaya töküb, üstünü düzləyin.
Ocağın normal odunda qızardın.
Kükü qızardıqdan sonra dördə bölüb çevirərək o biri üzünü də qızardın.
Kükünü bütövdə çevirib qızarda bilərsiniz.

Nuş olsun!